Rəcəb Tayyib Ərdoğanın oğlu ifadə verib
- 14.02.2014, 19:28,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan rüşvət və korrupsiya iddiaları ilə bağlı prokurorlara ifadə verib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, B. Ərdoğanın fevralın 5-də ifadə verdiyi bəlli olub. O, vəkili ilə birlikdə İstanbul ədliyyə sarayına gedərək prokurorların suallarını cavablandırıb.
Qeyd edək ki, B. Ərdoğanın rəhbərlik etdiyi TÜRGEV-ə (Türkiyə Gənclik və Eyitimə Xidmət Vəqfi) rüşvət xarakterli qanunsuz pul köçürmələri edildiyi bildirilir.