Londonun mərkəzində bina uçub, ölən və xəsarət alan var
- 15.02.2014, 10:46,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Londonun mərkəzində binanın uçması və avtomobilin dağıntı altında qalması nəticəsində bir nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, avtomobildə olan daha bir şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin sabit olduğu bildirilir.
Hadisə yerli vaxtla 23:00 (Bakı vaxtı ilə 03:00) Londonun Holborn bölgəsində qeydə alınıb.
Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.