Salyanda avtomobil kanala düşüb, sürücü boğularaq ölüb
- 16.02.2014, 01:46,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Salyan rayonu, Kürsəngi kəndi ərazisində “VAZ” markalı minik avtomobili kanala düşüb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1949-cu il təvəllüdlü Məhərrəmov Mais Sandalı oğlunun deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində boğularaq, həlak olması məlum olub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, cəsədi isə aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 22:30-da başa çatıb.