Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış etmişdir (FOTO)
- 17.02.2014, 08:03,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın 16-da cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlamışdır.
AzərTAc xəbər verir ki, "Aysberq" Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış etmişlər. Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulmuşlar. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşmışlar.
Duetimiz fevralın 17-də sərbəst proqram üzrə yarışacaqdır.
Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olmuşdur. Kanadalı Tessa Virtue - Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix - Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutmuşlar.