Azərbaycanda bir sıra şirkətin bina layihələndirmək lisenziyası dayandırılıb
- 17.02.2014, 16:20,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə şirkətin «Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi» fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığı (lisenziya) dayandırıb.
Buna səbəb həmin şirkətlərin lisenziya şərtlərinə və tələblərinə riayət etməməsi olub.
Komitədən APA-ya verilən məlumata görə, Komitənin qərarı ilə «Art Akademiya», «Sentr-İMD», «Azərbaycan John Brown» şirkətlərinə, həmçinin Namik Mədət oğlu Xələfova və Rafael Aydın oğlu Yaqubova verilmiş lisenziyalar ləğv olunub.