Şəmkirdə dəmiryol montyoru cərəyan vurmasından ölüb
- 14.05.2013, 18:20,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Dəmir Yolları" QSC-nin 5 saylı Gəncə Enerji Təchizat Sahəsində elektrik məntəqə montyoru işləyən Mehman Ələsgərov səhər saatlarında Alabaşlı stansiyasının xidməti ərazisində olarkən cərəyan vurması nəticəsində ölüb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, sahənin rəisi Etibar Quliyevin verdiyi məlumata görə, hadisəyə Mehman Ələsgərovun ehtiyatsız davranması və təhlükəsizlik qaydalarına əməl etməməsi səbəb olub. Onun meyiti məhkəmə-tibb ekspertizasına təqdim edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda istintaq araşdırması aparılır.