Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib

Podaqra xəstəliyindən (oynaq xəstəliyi) əziyyət çəkən Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, eks prezidentin xəstəxanaya yerləşdirilməsinə baxmayaraq onun səhhətinə heç bir təhlükə yoxdur.

Məlumata görə, J.Şirak Parisin yaxınlığındakı O de Sen departamentində yerləşən Amerika xəstəxanasına yerləşdirilib. “O, son 2 gün ərzində ayaq nahiyəsindəki şiddətli ağrılardan şikayət edirdi, lakin onun səhhəti üçün heç bir təhlükə yoxdur. Hospitalda həkimlər onu müayinə edəcək”, deyə keçmiş prezidentin ətrafında olan mənbə bildirib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri