“Sovetski” sakinləri ilə baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətin görüşü başa çatıb

Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başa çatıb.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə sakinlərin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev məlumat verib.

Onun sözlərinə görə, görüşdə “Sovetski” sakinlərinin tələbləri baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətə təqdim olunub: “Belə razılığa gəlindi ki, tələblərimizə martın 3-də cavab veriləcək”.

N.Quliyev qeyd edib ki, hökumət nümayəndələri hər bir sakinin razılığı olmadan evinin sökülməyəcəyi barədə vəd veriblər: “Mətbuatda söküntülərin başlanması haqqında xəbərlər həqiqəti əks etdirmir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri