Kiyevdə toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb
- 19.02.2014, 08:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla milis qüvvələri arasında davam edən toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb.
Bu barədə APA “UNİAN”a istinadən xəbər verir. Belə ki, “Maydan”ın Səhiyyə Xidmətinin rəhbəri Oleq Musiy “Ukrainskaya Pravda”ya müsahibəsində etirazçılar düşərgəsində ölənlərin sayının 20 nəfərə, yaralıların isə - 500-ə çatdığını bildirib. Ukrayna DİN-in rəsmi saytının məlumatına görə isə, qarşıdurma zamanı 7 milis əməkdaşı həlak olub.
Ukrayna Səhiyyə Nazirliyinin saytında isə bildirilir ki, kütləvi iğtişaşlar zamanı 11 nəfər ölüb.