Ötən il ərzində Azərbaycanda doğumun sayı 174 minə, nikahın sayı isə 87 minə çatıb
- 20.02.2014, 00:33,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan ədliyyəsinin ötən ildəki fəaliyyətinə toxunularaq bildirilib ki, nazirliyin funksiya və səlahiyyətləri genişləndirilib, infrastruktur müasirləşdirilib, ədliyyə işçilərinin və hakimlərin sosial müdafiəsi gücləndirilib.
Bildirilib ki, nazirliyin rəhbərliyi tərəfindən ötən il ərzində 9 bölgədən 850-ə qədər vətəndaş qəbul edilərək onların müraciətləri diqqətlə dinlənilmiş və qaldırılan məsələlərin bir qismi yerindəcə, digərləri isə təxirə salınmadan araşdırılaraq həll olunub.
Müşavirədə o da qeyd olunub ki, 2013-cü ildə notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3,5 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə artım müşahidə olunub, doğumun sayı 174 minə, nikahın sayı isə 87 minə çatıb.