Çempionlar Liqası: "Bavariya" və "Atletiko" səfərdə qalib gəldilər
- 20.02.2014, 08:00,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Ingiltərənin "Arsenal" klubu öz meydanında Almaniya çempionu "Bavariya"nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Toni Kroos (54 dəq.) və Tomas Müller (88 dəq.) vurublar.
Digər qarşılaşmada "Milan" Madridin "Atletiko" klubu ilə üz-üzə gəlib. Bu oyunda da qonaqlar qalib gəlib. "Ateletiko" rəqibini Dieqo Kostanın 83-cü dəqiqədə vurduğu qol ilə 1:0 hesabı ilə məğlub edib.
Cavab oyunları martın 11-də keçiriləcək.