FHN: Azadlıq meydanındakı yeraltı dayanacağın konstruksiyası artıq yüklərə hesablanıb

“Azadlıq meydanının altında yerləşən dayanacağın yük götürməyində problem yoxdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov deyib.


Onun sözlərinə görə, 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Azadlıq meydanında keçiriləcək paradla əlaqədar meydanın altında yerləşən dayanacağın yük götürmə qabiliyyəti tam uyğundur: “Düşünürəm ki, burada elə bir problem yoxdur. Tikinti zamanı bütün konstruksiyalar artıq yüklərə hesablanıb. Paradda hərbi texnikalar, tanklar iştirak edəcək. Onların çəkisi 60 tondan yuxarıdır. Bu yüklərin hamısı hesablanıb və heç bir problem olmayacaq”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri