«Pompey» filmini Azərbaycanda ilk olaraq jurnalistlər izlədilər
- 20.02.2014, 20:52,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rejissor Pol U.Andersonun «Pompey» fəlakət filmini Azərbaycanda, həmişə olduğu kimi, ilk olaraq jurnalistlər izlədilər.
Fevralın 19-da Metropark-dakı Park Cinema kinoteatrında dünya premyerası elə həmin gün baş tutan filmin jurnalistlər üçün nümayişi təşkil olunmuşdu. Film paytaxtda geniş prokata fevralın 20-də çıxacaq.
Bizim eramızın 79-cu ilində Vezuviy vulkanının püskürməsi nəticəsində yerin təkindən çıxan lava və vülkan külü Qədim Romanın Pompey şəhərini öz ağuşuna alıb. FilmDistrict studiyası bu hadisəni ekranlaşdırmağı qərara alır və Pol U.Andersonu çəkilişlər aparmağa dəvət edir, o həmçinin kimi layihənin prodüseri olur. Rejissor müsair texnologiyalardan istifadə edərək baş vermiş hadisələrin özünəməsxux versiyasını təqdim edir. Qeyd edək ki, bir çox kinosevərlər Pol U.Andersonu «Şər iqamətgahı» filmindən tanıyırlar. O bu filmin I və IV hissələrinin ssenari müəllifi və rejissoru olub.
«Pompey» filminin büdcəsi 130 mln.dollar, xronometrajı isə 105 dəqiqə təşkil edir.
Filmdə baş rollarda Kit Herinqton, Emili Brauninq, Kifer Sazerlend, Cared Harris, Kerri-Enn Moss, Adevale Akkinuoye-Aqbadce və digərləri çəkilib.
Bir qədər də filmin süjeti haqqında: Milon adlı qul azad olacağını və sahibinin qızı Kassiya ilə evlənəcəyini xəyal edir. Lakin çox keçmir ki, o Kassiyanın pula düşkün və korrupsiyaya qurşanmış Roma senatoruna vəd olunduğunu öyrənir. Miolonun özünü isə Neapolda yaşayan başqa bir əsilzadəyə satırlar. Vezuviy püskürməyə başlayan kimi Milon öz məhəbbətini və amfiteatrda tələyə düşmüş ən yaxın dostunu-qladiatoru azad etmək üçün Pompeyə geri qayıdır.