Qobustanda magistral yolun yaxınlığında partlayıcı maddələr aşkar edilib
- 20.02.2014, 22:54,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı-Şamaxı-Yevlax yolunun 80-ci km-də Qobustan rayonunun Şıxzərli kəndi ərazisində partlayıcı maddələr aşkarlanıb.
Trend Kanal S-ə istinadən məlumat verir ki, partlayıcı maddələrin əksəriyyəti əl qumbaraları, tank əleyhinə mərmi və piyada əleyihnə minalardır.
Məlumata görə, silah-sursat ərazidə yaranmış yarğanın içərisində aşkar edilib. Tapılan partlayıcılar üzdə olan görüntülər olduğundan güman edilir ki, ərazidə torpağın alt qatlarında daha çox partlayıcı maddə var.
Qeyd edək ki, artıq ANAMA-nın əməkdaşlarına məlumat verilib. Tapılan partlayıcı maddələrin magistral yola yaxın olduğu nəzərə alınaraq ərazidə Qobustan Rayon Fövqəladə Hallar Komissiyası və polis əməkdaşları təhlükəsizlik tədbirləri görüb və 3 saatdan artıqdır ki ərazidə postlar qurulub.
Partlayıcı maddələrin aşkarlandığı andan etibarən magistral yolda avtomobillərin hərəkəti yarım saatlıq dayandırılıb.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilməkdədir.