Bakıda Lombard sahibi özünü 7-ci mərtəbədən ataraq intihar edib
- 21.02.2014, 14:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 46 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əsəd Əhmədov küçəsi 22 a ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elşən Azər oğlu Salayev yaşadığı binanın yeddinci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.
Qeyd edək ki, E. Salayev Lombard sahibi imiş.