Ukrayna Ali Radası Yuliya Timoşenkonun azadlığa buraxılmasına səs verib

Ukrayna Ali Radasında Yuliya Timoşenkonun azadlığa buraxılması nəzərdə tutan qanunun qəbul edilməsi barədə səs verib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Baş nazirin azad edilməsinin lehinə 310 deputat səs verib.

Xatırladaq ki, 2011-ci ildə Yuliya Timoşenko Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham edilərək 7 il azadlıqdan məhrum edilib.

Bundan sonra Radanın iclası bağlı elan edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri