Matteo Rentsi rəsmi olaraq İtaliyanın baş naziri oldu
- 22.02.2014, 08:10,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın Demokrat partiyasının lideri Matteo Rentsi rəsmi olaraq İtaliyanın baş naziri vəzifəsini tutdu.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 39 yaşlı Rentsi İtaliya tarixində ən gənc baş nazir olacaq.
O, bu postda vəd etdiyi islahatları həyata keçirə bilməməkdə günahlandırılan Enriko Lettanı əvəz edib.
İtaliyanın prezidenti Corcio Napolitano Rentsinin təklif etdiyi hökumət heyətini təsdiq edib.