"Atletiko Madrid" futbol klubu Xocalı soyqırımını anacaq
- 22.02.2014, 08:21,
- Idman / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyanın "Atletiko Madrid" klubunun oyunçuları "Osasuna" və "Real Madrid" komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar.
Live.az AzərTAc-a istinadən məlumat verir ki, üzərində ölkəmizin adı yazılmış köynəklər geyəcək futbolçular bu yolla Azərbaycan xalqının ağrısına şərik olmaq niyyətindədirlər.
Klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı soyqırımını pisləyən və dünyada sülhü dəstəkləyən videoçarxlar da hazırlayıblar. Həmin videoçarxlar klubun saytında yerləşdiriləcək.