FHN: Yanğın binanın alkopan üzlük hissəsində baş verib, mənzillərə keçməsinin qarşısı alınıb
- 22.02.2014, 19:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: “Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.
Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.
______
14:34
Bakının Səbail rayonu ərazisindəki yaşayış binasında yanğın baş verib.
APA-nın məlumatına görə, Fikrət Əmirov küçəsi 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın başlayıb. Yanğının binanın 4-cü mərtəbəsindən başladığı bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin əməkdaşları yanğını söndürməyə çalışırlar.