Ukrayna Ali Radası Viktor Yanukoviçi prezident səlahiyyətlərinin icrasından kənarlaşdırıb
- 22.02.2014, 19:25,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Ali Radası “Ukrayna prezidentinin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında” qərar qəbul edib.
APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, qərarın lehinə 328 deputat səs verib.
Qərara əsasən, Ukraynada növbəti prezident seçkiləri mayın 25-nə təyin edilib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidenti Viktor Yanukoviç “112 Ukraina” telekanalına müsahibəsində ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib: “İstefa verməyəcəyəm və ölkəni tərk etməyəcəyəm. Danışıqlar apardığımız beynəlxalq vasitəçilər mənim təhlükəsizliyimə təminat veriblər”.