Günay Ibrahimli: Verib pis olunca, verməyib pis olum!
- 22.02.2014, 22:20,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Xəzər TV-də yayımlanan “5-də 5” verlişinin qonaqları sırasında gənc ifaçı Günay İbrahimli olub.
Live.az oxu.az-a istinadən xəbər verir ki, mövzusu “Borclu borclunun sağlığını istəyər” olan verilişdə maraqlı anlar yaşanıb.
Zaur Kamalın Günaya ünvanladığı “Kimdənsə borc almısan?” sualına müğənni “Xeyr” cavabını verincə, aparıcı gözlənilmədən Günay İbrahimliyə belə deyib:
“Bu sənətdə yeni, gəncsən. Borcsuz bu qədər xərci necə qarşılaya bilirsən? O qədər pulu hardan qazanırsan ki, özün bütün hər şeyi çatdırırsan? Hələ bu sənətə yeni başlayan bir ifaçı olasan”.
Zaurun bu sualından sonra Günay İbrahimli dərhal aparıcıya cavab verib:
“Niyə olmur ki, tez-tez toylarım, tədbirlərim olur. Hər şeyi düzgün ölçüb-biçəndə çatdırmaq olur. Mənim özümdən elə bu yaxınlarda neçə nəfər borca pul istədi vermədim. Verib pis olunca, verməyib pis olum!”