Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib
- 22.02.2014, 22:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacları və binanın 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ikisi azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib. Mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.