Eldar Qasımov konsertini təxirə saldı
- 22.02.2014, 23:44,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən səhər saatlarında vəfat edən Azərbaycanın 90 yaşlı xalq artisti Firəngiz Şərifovanın son arzusu bilinib.
Sənətçinin istəyi nəvəsi, Azərbaycanı "Eurovision 2011" mahnı müsabiqəsində təmsil edən və qalib gələn Eldar Qasımovla bağlı olub. Belə ki, sənətçi gənc müğənninin bazar gününə planlaşdırdığı solo-konsert proqramının tez baş tutmasını istəyib. Xalq artistinin son arzusuna baxmayaraq Eldar onun ölümü ilə bağlı olaraq konsertini təxirə salıb və mart ayın 9-na keçirib.
“Konsertimi başqa günə keçirəcəm və nənəmin xatirəsinə həsr edəcəm. Mən istəyirəm ki, heç kim kədərlənməsin. Çünki mən özüm kədərlənmirəm, konsert günü nənəm həmişə olduğundan da yaxın olacaq mənə”.