Elnur qaradərili tərəf müqabili və ağ pələng ilə klip çəkib

Elnur qaradərili tərəf müqabili və ağ pələng ilə klip çəkib Müğənni Elnur Məmmədov "Sonunda" adlı mahnısının klip çəkilişlərini yekunlaşdırıb.


Live.az-ın LiFe.Az-a istinadən xəbər verir ki, ifaçı klipə rejissorluğu Samir Fərzəlibəyov (Mako) həvalə edib.


Çəkilişlər təxminən 2 gün olub. Klipdə tərəf müqabili isə əcnəbi, qaradərili xanımdır. Fərqli və maraqlı bir klip ərsəyə gətirdiklərini görünür.


Elnur klipi mart ayında təqdim edəcək.


Onu da əlavə edək ki, Elnur Məmmədov Azərbaycanda yeganə müğənnidir ki, klipində ağ pələnglər də rol alacaq.


Qeyd edək ki, “Sonunda” adlı bəstənin sözləri Nadoya, musiqisi Elvin Musayevə məxsusdur.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri