Əmlak Məsələləri Dövlət Komitəsi dövlət orqanlarının, təşkilatların, bələdiyyələrin, hüquqi şəxslərin nəzərinə çatdırır ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov və Nizami rayonları üzrə tətbiqinə başlanılır.
Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sistemin tətbiqinə martın 1-dən başlanacaq.
Yeni ünvan sisteminin ilkin mərhələdə əhatə etdiyi küçə və prospektlərin adları da açıqlanıb. Bunlar Heydər Əliyev prospekti, Əziz Əliyev küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Niyazi küçəsi, Yusif Səfərov küçəsi, Lermontov küçəsi, İstiqlaliyyət küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Parlament prospekti, Xaqani küçəsi, Nizami küçəsi, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, Rəsul Rza küçəsi, Tbilisi prospekti, Yusif Məmmədəliyev küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Səməd Vurğun küçəsi, 28 May küçəsi, İnşaatçılar prospekti, Tərlan Əliyarbəyov küçəsi, Hacı Zeynalabdin Tağıyev küçəsi, Məmməd Əmin Rəsulzadə küçəsi, Həzi Aslanov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Şeyx Şamil küçəsi, Cəfər Cabbarlı küçəsi, Ayna Sultanova küçəsi, Təbriz Xəlilbəyli küçəsi, İslam Səfərli küçəsi, Zivərbəy Əhmədbəyov küçəsi, Mirzə İbrahimov küçəsi, Əhməd Cəmil küçəsi, Hənifə Ələsgərov küçəsi, Təbriz küçəsi, Fuad İbrahimbəyov küçəsi, Məhəmməd Naxçıvani küçəsi, Sübhi Salayev küçəsi, İbrahim Əbilov küçəsi, Balababa Məcidov küçəsi, Afiyəddin Cəlilov küçəsi, Sabit Orucov küçəsi, Eldar Tağızadə küçəsi, Hüseynqulu Sarabski küçəsi, Xətai prospekti, Ağa Nemətulla küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Həsənoğlu küçəsi, Fətəlixan Xoyski küçəsi, Atatürk prospekti, Məmməd Araz küçəsi, Vaqif prospekti, Mərdəkan prospekti, Zuğulba prospekti, Səxavət Quliyev küçəsi və Universitet küçəsidir.
Nazirlər Kabinetinin "Ünvan reyestri ilә inteqrasiya olunacaq digәr dövlәt orqanlarının informasiya sistemlәrinin dairәsi"nin tәsdiq edilmәsi barәdә 24 dekabr 2012-ci il tarixli 318 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilməlidir.
Qeyd olunanları nəzərə alaraq, digər dövlət orqanları yeni ünvan məlumatlarını öz informasiya sistemlərini Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiya etməklə əldə edə bilərlər.