Yanukoviç beynəlxalq axtarışa verilib

Ukraynada parlament tərəfindən prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviç beynəlxalq axtarışa verilib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski bəyan edib.

«Yanukoviç beynəlxalq axtarışa verilib, bu məsələ ilə operativ-istintaq qrupu məşğul olur”, deyə Maxnitski bildirib.

Yanukoviç ilə yanaşı Ukraynanın sabiq Daxili işlər naziri Vitali Zaxarçenko da beynəlxalq axtarışa verilib. Onlar “Mülki və silahsız vətəndaşların kütləvi qətlində iştirak” maddəsi ilə ittiham olunurlar.
Şərhlər
Dünya bölməsinin xəbərləri