Samuxda avtomobil yas mağarına çırpılıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb
- 27.02.2014, 01:16,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Samuxda ağır yol-nəqliyyat qəzası baş verib.
Samux rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.
Samux rayon Sarıqamış kənd sakini 1992-ci il təvəllüdlü Taleh Çobandar oğlu Babayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yüksək sürətlə hərəkət edərkən yolun kənarında yas mağarına çırpılıb. Hadisə zamanı 4 nəfər yaralanıb.
Onlardan bir nəfər, 1968-ci il təvəllüdlü Sakit Səfiyev dünyasını dəyişib, 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.