Türkiyədə nazir övladları və iş adamı Rza Zərrab azadlığa buraxılıb

Türkiyədə dekabrın 17-də başladılan anti-korrupsiya və rüşvət əməliyyatı zamanı həbs edilən nazir oğulları və azərbaycanlı iş adamı azadlığa buraxılıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Barış Gülər, Kaan Çağlayan və Rza Zərrab da daxil olmaqla 5 nəfər sərbəst buraxılıb.

Həmin şəxslər barəsində Türkiyəni tərk etməmək qətimkan tədbiri seçilib. Bununla da səs-küylü əməliyyat çərçivəsində həbs edilənlərin hamısı azadlığa çıxıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri