Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Bakının Nobel prospektində zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəza zamanı dörd avtomobil toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində azı iki nəfər xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Xəsarət alanlardan biri qadındır.

Qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nobel prospektindən şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən "Toyota" idarəetmənin itirilməsi nəticəsində maneələri aşaraq yolun əks istiqamətinə düşüb və üç avtomobili əzib. Qəzaya səbəb olan avtomobil əvvəlcə BMW markalı maşına, daha sonra isə iki "Mercedes"ə çırpılıb. Hər dörd avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır. Xəsarət alanların sayı və şəxsiyyəti dəqiqləşdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri