ABŞ Yanukoviçi prezident hesab etmir

ABŞ hökuməti Viktor Yanukoviçi prezident saymır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

“Viktor Yanukoviç ölkəni tərk edərək Ukrayna prezidenti kimi öz legitimliyini itirib. Buna görə də ABŞ keçid hökuməti ilə işləmək qərarına gəlib”, deyə Psaki bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri