Anasını və qardaşını xüsusi amansızlıqla qətlə yetirən şəxs cinatəti törədən zaman içkili olub

Anasını və qardaşını xüsusi amansızlıqla qətlə yetirən şəxsin kimliyi artıq istintaqa bəllidir.

Bu ailənin böyük oğlu olan Oleq Abışovdur. Xəzər rayon prokurorluğunun müstəntiqi Zaur Atakişiyevin sözlərinə görə, qətl hadisəsini törədən zaman saxlanılan şəxs içkili olub.

Qeyd edək ki , hadisə iki gün öncə Pirallahı qəsəbəsində mərhuma məxsus olan mənzildə baş verib. Axşam anasının mənzilinə gələn Oleq Abışov əvvəl qardaşı 45 yaşlı Yuri, sonra isə 75 yaşlı anası Lidiya Abışova ilə mübahisə etdikdən sonra küt alətlə onlari qətlə yetirib və hadisə yerindən uzaqlaşıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri