Putin Avropa ölkələrinin liderləri ilə Ukraynadakı son hadisələri müzakirə edib
- 01.03.2014, 16:18,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putinin Böyük Britaniya baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel və Avropa Şurasının sədri Herman Van Rompeylə telefon danışıqları olub.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, söhbət zamanı tərəflər Ukraynadakı son hadisələri müzakirə edib. Onlar bu ölkədəki vəziyyətin tezliklə normallaşmasının vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin Ukrayna məsələsi ilə bağlı təmasları davam etdirmək qərara gəlib.