FHN: Tələbə yataqxanasında baş verən yanğında 2 nəfər tüstüdən zəhərlənib, 20 nəfər təxliyə olunub
- 01.03.2014, 16:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə Hallar Nazirliyi Tibb Universitetinin yataqxanasında baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub və yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.