Azərbaycanda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 4-ə çatıb

Qazax rayonunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Eşqin Salamzadənin idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Tahir Həsənovun idarə etdiyi "QAZel" markalı yük maşını toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 22 yaşlı Eşqin Salamzadə, onun bacısı 24 yaşlı Lamiyə Salamzadə və digər sərnişin, 24 yaşlı Mahmud Musaquliyev hadisə yerində keçiniblər.

"QAZel"in sürücüsü 62 yaşlı Tahir Həsənov Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. "QAZel"də olan 21 yaşlı Elvin Məmmədov isə aldığı ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyəti ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri