Krımın statusuna dair referendum iki ay əvvələ çəkilib

Ukraynanın Krım Muxtar Respublikasının (MR) statusuna dair referendumun vaxtı dəyişdirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə MR-in baş naziri Sergey Aksyonov Krım Nazirlər Şurasının yeni tərkibdə keçirilən ilk iclasında bildirib.

S. Aksyonov deyib ki, mayın 25-ə nəzərdə tutulan referendumun iki ay irəli çəkilməsi zərurətdən doğub. Lakin o, söhbətin hansı zərurətdən getdiyini açıqlamayıb.

Qeyd edək ki, referendum barədə qərar Krım parlamentinin fevralın 27-də keçirilən növbədənkənar iclasında qəbul olunmuşdu.
Şərhlər
Dünya bölməsinin xəbərləri