Rusiya Federasiya Şurası Putinin müraciətinə müsbət cavab verib, Ukraynaya qoşun yeridiləcək

Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edib.

Bu arada Rusiya hərbçiləri ilə dolu yük avtomobillərinin Ukraynanın Zaporojye vilayəti ilə irəlilədiyi məlum olub. Maşın karvanının Çonqar yarımadasından keçdiyi bildirilir. Kiyevdə mərkəzi hakimiyyət bu haqda xəbərdar olsa da, hələlik heç bir addım atmır.
Şərhlər
Dünya bölməsinin xəbərləri