Məşhur holdinq sahibindən etiraf: “Fətullah Gülənlə görüşdüm”
- 02.03.2014, 13:56,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin məşhur “Koç Holdinq” şirkətininin rəhbəri Mustafa Koçun etirafları ölkə gündəmini zəbt edib. ANS-in məlumatına görə, Türkiyənin nüfuzlu iş adamı Fətullah Gülənlə görüşdüyünü etiraf edib: "Fətullah Gülənlər görüşüm heç kəsi maraqlandırmasın. Türkiyə iqtisadiyyatının 10 faizini əlində cəmləşdirən bir Holdinqin rəhbəriyəm. Kim olursa olsun, ölkəmizdə mühüm mövqe tutan bütün şəxslərə görüşə bilərəm. Bu heç kəsi maraqlandırmasın. Bu məqsədlə də Fətullah Gülənlə görüşdüm. Son dəfə onunla mart ayında ABŞ-da görüşdüm".
Mustafa Koç ona ananas göndərildiyini barəsində də məlumat verib: “Mənə ananas göndərildi, dadı da gözəl idi. Mənə Türkiyənin müxtəlif bölgələrindən, həmin yerlərə məxsus bir çox şeylər göndərilir. İnsanlar qatığından tutmuş, halvasına qədər mənə göndərirlər. Mənə ananas göndərdilər. Dedilər ki, o ananas deyil, şifrədir. Mən də zəng edib ananas göndərənə təşəkkür etdim. Bildiyimiz ananaslardan idi”.
Daha sonra Mustafa Koç təsbeh kolleksiyası yığdığını etiraf edib: “Mənim yaxınımdakılar təsbeh yığdığımı bilirlər. Hədiyyə məqsədi ilə göndərilən təsbehə başqa bir don geyindirlməsini başa düşə bilmirəm.”