Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ABŞ prezidenti Barak Obama Rusiyanın prezidenti Vladimir Putinə zəng vurub. Uktaynanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasının Rusiyanın beynəlxalq arenada nüfuzuna xələl gətirəcəyini deyən Obama bildirib ki, bu təqdirdə qarşıdakı günlərdə keçiriləcək "G-8" sammitində ABŞ-ın iştirakına şərt qoyacaq. Bu da öz növbəsində qarşı tərəfin iqtisadi izolyasiyasına gətirib çıxaracaq.
Rusiyanın Ukraynaya müdaxiləsi Ağ Ev rəhbərinin yüksək rütbəli hərbçiləri ilə birgə fövqəladə iclasında da müzakirə edilib. Müşavirə barəsində daha ətraflı ANS-in Vaşinqton bürosunun müxbiri Sevinc Osmanqızı məlumat verib:
"Bu gün Barak Obama müdafəi naziri Çak Heygel də daxil olmaqla ölkənin ən yüksək vəzifəli hərbi və milli təhlükəsizlik şəxsləri ilə intensiv görüşlər keçirib. Güman edilir ki, elə onların yanında Obama Rusiya prezidenti Putinlə danışıb. Analoji danışıqların admisntarsiyanın NATO komandanlığı ilə apardığı da istina edilmir. Ağ Evdən jurnlaistlərə sızdıralan məlumat ondan ibarətdir ki, hazırda Ağ Ev bütün çıxış yollarını müzakirə etməkdədir. Bu isə o deməkdir ki, müzakirə obyekti yalınz diplomatik yol deyil, eyni zamanda mümkün hərbi yol da ola bilər.
Ölkənin qanunverici orqanı olan konqersdə də bu siyasət dəstəklənməkdədir. Konqers üzvləri ikinci Gürcüstanın təkrarlanmasına yol verməməyin vaciblyini qeyd ediblər. Onlar deyirlər ki, Gürcüstan müharibəsində də Rusiya buradakı etnik azlıqların hüquqlarını müdafiə etmək bəhanəsilə öz qüvvlərini suveren Gürcüstan ərazisinə yeritmişdi.