Qobustanda yük maşını aşıb, sürücü xəsarət alıb

Bakı-Şamaxı yolunun 104-cü kilometrliyində, Qobustan rayonu ərazisində "SHACMAN" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Müxtəlif bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilərək, təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri