Putin Merkellə razılığa gəlib
- 03.03.2014, 07:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin Alamniya kansleri ilə Krım barəsində razılığa gəlib. ANS-in məlumatına görə, Putin Merkellə telefon danışığı zamanı Krımda vəziyyəti araşdırmaq üçün ATƏT-in himayəsi altında qrup yaratmaq təklifi ilə razılaşıb.
Almaniya hökumət nümayəndəsi Georq Ştrayterin sözlərinə görə, Putin Krımda vəziyyətin həlli ilə bağlı yaranmış siyasi dialoqa başlamağa razılıq verib. Qrupun necə fəaliyyət göstərəcəyi və nə vaxt öz işinə başlayacağı haqqında məlumat verilmir.
Söhbət zamanı Merkel Putini Ukraynada, xüsusilə "yolverilməz müdaxilə" həyata keçirilməsi vasitəsilə beynəlxalq müqavilələrin pozulmasında günahlandırıb. Kansler eyni zamanda Rusiya prezidentini Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Putinlə Merkel arasında telefon danışığı martın 2-də, axşam saatlarında baş tutub. Rusiya prezidenti yaranmış "qeyri-adi vəziyyətlə" Rusiya tərəfindən görülən tədbirləri adekvat qiymətləndirib.
Martın 1-də Putin Federasiya Şurasının icazəsi ilə Ukraynadakı Rusiya vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün Ukraynaya qoşun yeridib.