Bakıdakı 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb
- 03.03.2014, 20:09,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda fəaliyyət göstərən Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, ötən həftədən etibarən xəstəxana fəaliyyətini dayandırıb və orada xəstələrin qəbulu aparılmır. Onun sözlərinə görə, xəstəxananın işçi heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzində işlə təmin olunacaq: “Heyət işlə təmin olunmaq üçün imtahan verərək müvafiq prosedurdan keçir. Narahatçılığa heç bir əsas yoxdur. Xəstəxananın heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzinə köçürüləcək”.