Ukraynanın BMT-dəki nümayəndəsi: “Rusiya hərbi müdaxiləyə hazırlaşır”

Ukraynanın BMT-dəki nümayəndəsi Yuriy Sergeyev bəyan edib ki, Rusiya ölkənin digər regionlarına hərbi müdaxilə etmək niyyətindədir.

APA-nın “RBK-Ukrayna”-ya istinadən verdiyi məlumata görə, bunu Sergeyev BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

“Hərbi hissələrin düzülüşü, tədarük və təchizatı onların Ukraynanın qitə hissəsinə hərbi müdaxiləyə hazırlaşmalarından xəbər verir”- deyə Sergeyev bildirib.

Onun sözlərinə görə, artıq 16 minə yaxın Rusiya hərbçisi Krım ərazisindədir, onlar hərbi hissələr və digər mühüm obyektləri blokadaya alırlar. Ukraynanın BMT-dəki nümayəndəsi qeyd edib ki, Ukrayna ordusu təxribatlara cavab verməyərək radikal hərəkətlərdən çəkinməyə üstünlük verir.
Şərhlər
Dünya bölməsinin xəbərləri