Azərbaycanda vahid yanıq mərkəzi yaradılıb
- 04.03.2014, 20:08,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin adı və statusu dəyişdirilib. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi Respublika Yanıq Mərkəzinə çevrilib.
Bunu APA-ya açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov məlumat verib.
O bildirib ki, 5 nömrəli xəstəxananın yanıq şöbəsi bundan sonra Respublika Yanıq Mərkəzi kimi fəaliyyət göstərəcək. Bu mərkəzdə 2 yeni şöbəsinin yarandığını deyən V. Ələkbərov qeyd edib ki, böyüklər və uşaqlar üçün nəzərdə tutulan yanıq mərkəzi şöbələrində vətəndaşlara hər cür xidmət göstəriləcək: “Bu, respublikada tək mərkəzdir və bütün Azərbaycana xidmət edir. Əvvəllər yanıq şöbəsində uşaqlar üçün yer yox idi. Yeni mərkəzdə uşaqlar üçün ayrıca korpus yaradılıb və burada yalnız uşaqlara xidmət göstərilir”.
Baş həkim qeyd edib ki, hazırda mərkəz alqı-satqı işləri ilə əlaqədar olaraq aptek və digər işlərdə 5 saylı Şəhər Klinik Xəstəxanasına bağlıdır, hələlik 5 saylı Şəhər Klinik Xəstəxanasının tabeliyində fəaliyyət göstərir: “Lakin gələcəkdə başqa yerə köçürülə bilər”.