Zaur Günayı belinə mindirdi

Qısa müddət ərzində hamının sevimli verilişinə çevrilən “Məni yarımdan soruş” yarışmasında iştirak etmək istəyən nişanlı və ailəli cütlüklərə yaş məhdudiyyəti qoyulmur.

Live.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə layihənin mətbuat katibi Faiq Ələkbərov bildirib:

“Bir sözlə, hər kəs bu layihədə iştirak edə bilər. Aparıcıların səmimiliyi, zarafatları yarış iştirakçılarının da özlərini sərbəst hiss etmələrinə səbəb olur. Ona görə də, yaşından, vəzifəsindən, yaşadığı məkandan, təhsilindən asılı olmayaraq, hamı həvəs və maraqla “Məni yarımdan soruş” layihəsini izləyir. Verilişdə inanılmaz yarışlar iştirakçıları və tamaşaçıları dəhşətə gətirir! Layihəyə qatılanlar başlarına gələcəklərdən xəbərsiz olurlar. Hər mərhələdəki sınaqların qaydalarını öyrəndikcə iştirakçıların üzündə yaranan ifadələrə gülməmək mümkün deyil. “Məni yarımdan soruş” layihəsinə qatılanlar əliboş geri qayıtmırlar, qalib gələnlər isə avtomobilə sahibi olurlar”.

Qeyd edək ki, reytinq cədvəllərini darmadağın edib birinciliyini əldən verməyən layihə yenə də həyəcanlandıracaq. “ATV”də Zaur və Günay Baxşəliyevlərin təqdimatında yayımlanan “Məni yarımdan soruş” layihəsində yarış iştirakçılarına qaydaları izah edən aparıcılar hamını çox güldürəcək.

Zaur və belində əyləşən Günayın görüntüləri hər kəsi mat qoyacaq. Veriliş bu gün axşam saat 21:40-da yayımlanacaq.



Zaur Günayı belinə mindirdi
Zaur Günayı belinə mindirdi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri