Paytaxtda zəncirvari yol qəzası baş verib

Gecə saatlarında Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, Abay Kunanbayev küçəsində dörd avtomobil toqquşub. Əvvəlcə "Mercedes" və VAZ-2107 markalı avtomobillər toqquşub. Zərbənin gücündən toqquşan maşınlar yoldan keçən başqa bir VAZ-2107 və "Renault" markalı avtomobillərə çırpılıblar. Qəzadan sonra "Mercedes"in qadın sürücüsünün hadisə yerini tərk etdiyi bildirilir.

Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Elşən Camalov isə jurnalistlərə bildirib ki, hadisə yerini tərk etdiyi bildirilən qadın sürücü xəstəxanaya müraciət edib. Müstəntiq qəzanın səbəbkarının hələlik məlum olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri