Aytən Səfərova Sovetski sakinlərindən üzr istədi

“Ümidvaram ki, onların hamısının problemi tezliklə həll ediləcək, bu qədər insan, uşaq, qadın, ahıl naümid qalmayacaq”


ANS-in məşhur aparıcısı Aytən Səfərova “Facebook”da Sovetski ilə bağlı yazdığı statusa aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, Aytən Səfərova Sovetski sakinlərindən onların ünvanına işlətdiyi “bir biqeyrət, binamus” ifadəsinə görə üzr istəyib:

“Əslində mən həmin oğlanın görüntülərinə baxanda emosiyalara qapılmışdım. Çox kədərlənmişdim. Təsəvvür edin: bu insan gəncdir, ailəsi var, övladı böyüyür. Amma nə işi var, nə qazanc yeri. İndi də hara gedəcəyini bilmir. Bu şəxs haqqını tələb edir. Sonra isə nə? Onu tutub aparırlar. Çox qəzəbli idim. Onun ağrı-acısı mənə pis təsir etmişdi. Amma ümumilikdə mənim nə haqqım, nə ixtiyarım var Sovetskinin bütün əhalisinə təhqiramiz nəsə deməyə, çünki orada mənim də dostlarım, tanışlarım var. Hər bir cəmiyyətdə qoçaqlar da olub, qorxaqlar da. Sonra bilmişəm ki, axşamüstü Sovetski məhəlləsinin bir qrup sakini, o cümlədən bir neçə ağsaqqalı həmin gənci evə qaytarmaq üçün müraciət edib və o, buraxılıb. Buna çox sevinmişəm. Deməli, Bakının doğma küçəsi olan, Azərbaycana nə qədər dahilər və qəhrəmanlar bəxş edən, küçələrində filmlər çəkilən və barəsində mahnılar bəstələnən həmin köhnə Sovetski hələ yaşayır, var. Bu insanların sayəsində... Ümidvaram ki, onların hamısının problemi tezliklə həll ediləcək, bu qədər insan, uşaq, qadın, ahıl naümid qalmayacaq. Bir daha deyirəm, kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm”.
Şərhlər
Sosial bölməsinin xəbərləri