Mustafa Dənizli AFFA-nı TFF-yə örnək göstərib
- 05.03.2014, 19:59,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Baş məşqçilərin vəzifələri bəllidir. Təbii ki, türk futbolu ilə bağlı düşüncələrim var. Futbolun inkişafı üçün çalışırıq. Amma planlama aparmaq bizim işimiz deyil”. Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözlər “Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyə mətbuatına müsahibə verən 64 yaşlı mütəxəssis ölkəsində onun təcrübəsindən yetərincə yararlanmadıqlarından şikayətlənib. Dənizli AFFA-nı Türkiyə Futbol Federasiyasına (TFF) örnək göstərib: “Buradan federasiyaya əmr verim? Fatih Terim kənarda olan zaman çatışmazlıqları söyləyə bildirdi. Ancaq indi həmin problemləri aradan qaldırmaq imkanına sahibdir. Azərbaycana gəlişimdən 2 ay yarım keçib. AFFA məni bir toplantıya çağırdı. Halbuki, Türkiyədə 25 il ərzində “hocam, fikriniz nədir” sualı eşitmədim. Bunu etmək ağıllarına gəlməyib. Bizdə həmişə federasiya milli komandanın nəticələri, klublar isə əldə olunan çempionluqlarla addımladılar. Bir Allah bəndəsi “birlikdə bir fikir ortaya qoyaq” demədi. İndi durum federasiyaya “niyə mənim fikrimi soruşmursan?” söyləyim? Başqasının boynundakı barabana toxmaq vurmaram”.
Qeyd edək ki, fevralın 12-də AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və millimizin çalışdırıcısı Berti Foqts elitada çıxış edən klubların baş məşqçiləri ilə bir araya gələrək, limit məsələsini müzakirə etmişdilər. Mustafa Dənizlinin də iştirak etdiyi toplantıda, onunla birgə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun martın 7-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasına qatılmaları və klub məşqçilərinin mövqelərini bildirmələrinə qərar verilib.