Bakıda sirkə turşusundan zəhərlənən əlil bu gün xəstəxanada dünyasını dəyişib

Bakıda birinci qrup əlil sirkə turşusundan zəhərlənib.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə,  martın 4-də Bakı şəhər sakini, birinci qrup əlil, 1960-cı il təvəllüdlü, Hacıhəsən Ağasən oğlu Salmanov  evində sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya aparılıb.
 
H. Salmanov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisənin intihar olub-olmadığı hələlik məlum deyil.
Şərhlər
Hadisə bölməsinin xəbərləri