Nüsrət Qasımov: “Lökbatandakı zəhərlənmə hadisənin təkrarlanacağı qaçılmazdır, əgər…”
- 08.03.2014, 16:01,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Nə qədər ki, Azərbaycanda adorant maddəsi mavi yanacağın tərkibinə kustar üsulla vurulur, Lökbatandakı hadisənin təkrarlanacağı qaçılmazdır”. Bu fikirləri APA.TV-də efirə gedən "Sosium" verlişinin qonağı olan «Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov deyib. Azərbaycanın qaz təsərrüfatında 48 illik iş təcrübəsi olan qonaq bildirib ki, həmin maddə qazın tərkibinə hələ də sovet dövründən qalma üsulla qatışdırılır.
"Bir dəfə belə hadisə mənim işlədiyim dövrdə Yasamal rayonunda baş vermişdi. Çünki o vaxt da qazın tərkibinə adorant maddəsi indiki kimi primitiv üsulla qatışdırılırdı. Əslində indi o proses avtomatik üsulla həyata keçirilməlidir. Qazsızma hallarında ciddi fəsadların qarşısını almaqda adorant çox böyük rol oynayır. Bu səbəbdən də qazın tərkibinə qatışdırılmalıdır. Amma bu iş ciddi nəzarət altında keçirilməlidir”.
Nüsrət Qasımov hesab edir ki, Lökbatan qəsəbəsində 100-dən çox adamın zəhərlənməsinə səbəb qeyd olunan prosesə ciddi nəzarətin olmaması, səhlənkarlıq və qeyri-peşəkarlıqdır: "Orada operator adorantı qazın tərkibinə vurdiqdan sonra, qaz vintini bağlayıb, amma adorantın vintini bağlamaq yaddan çıxıb. Başqa cür olsaydı, proses bütün Bakını əhatə edərdi. Deməli, Lökbatanda xəttə ötürülən qazın tərkibinə adorant normadan artıq vurulub".
Mütəxəssisin fikrincə, adorantın insanları zəhərləməsinə səbəb boru xətlərində qaz sızmalarının olmasıdır: "Deməli, xətlərdə problemlər var. Sızmalar olmasaydı, belə bir hadisə baş verməzdi. Əvvəllər ayda bir dəfə xətləri yoxlayırdıq, özü də sabun köpüyü ilə. İndi 6 aydan bir yoxlanır. Şükürlər olsun ki, artıq elə texnikalar icad olunub ki, sızmaları anında müəyyənləşdirmək mümkündür. Amma təbii ki, səhlənkarlıq olmasa".
Nüsrət Qasımov Azərbaycanda bütün evlərin qaz siqnalizasiya aparatları ilə təchiz olunmasını vacib sayır: “Xarici ölkələrdə bütün evlərdə qaz siqnalizasiya cihazları var. Qiyməti cəmi 12 dollardır. Bu cihazlar adi siqaret tüstüsü olanda belə siqnal verir”.
Qazla bağlı faciəvi halların sayının artmasına gəldikdə isə Nüsrət Qasımov bunun səbəbini maarifləndirmə işinin zəif aparılmasında görür.