Yaşayış sahəsi az olan "Sovetski" sakinlərinə xoş müjdə var. Çünki hökumət səviyyəsində onların problemi həll olunacaq. Amma inventarizasiya işləri bitəndən sonra. Çünki hazırda Bakının köhnə məhəlləsində hazırda evlərin inventarizasiyası aparılır.
Baş nazirin müavini Abid Şərifov bu barədə ANS-ə eksküliziv açıqlama verib.
"İnventarizasiya prosesi bitidikdən sonra biz təkliflər hazırlayacağıq. Bu təkliflər yaşayış sahəsi az olan evlərin sakinlərinə aid olacaq. Amma hələ ki, inventarizasiya 3-4 ay çəkəcək", - deyə Abid Şərifov bildirib.